“Latsio”dan futbolçusuna cəza – tənqidə görə
20.11.2020 - 00:13
İtaliyanın “Latsio” klubunun futbolçusu Luis Alberto cəzalanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı klub prezidenti Klaudio Lotito və idman direktoru İqli Tare verib.
Yarımmüdafiəçi 1 oyunluq kənarlaşdırılıb. O, “Krotone” ilə noyabrın 21-dəki matçı buraxacaq.
Bu cəzaya səbəb Luisin klub rəhbərliyini tənqid etməsidir. O, rəhbərliyin futbolçuların maaşlarını ödəmədiyi halda təyyarə almağa böyük məbləğ xərclədiklərindən şikayətlənib.
0
0