“Legiya” daha şanslıdır – “Qarabağ”la oyunda
01.10.2020 - 12:49
“Legiya” daha şanslıdır – “Qarabağ”la oyunda

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” (Polşa) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında oynayacaq Varşava təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Polşa paytaxtındakı Ordu stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 4,10, məğlubiyyəti 1,90 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,52 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
 

0
Qarabağ Legiya əmsal