Trabzon Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində martın 17-də "Trabzonspor" - "Fənərbaxça" matçından sonra baş verən hadisələrlə bağlı 4 futbolçu və 23 azarkeşin dosyesinin uzlaşma bürosuna göndərilməsinə qərar verilib.
Apasport.az xəbər verir ki, Osayi Samuel, Ceydon Ostervolde, İrfan Can Eğribayat və o vaxt "Fənərbaxça"da çıxış edən Mişi Batşuayinin də eyni hadisələrlə bağlı uzlaşma bürosuna göndərilməsi qərara alınıb.
“Trabzonspor” klubunun sabiq baş məşqçisi Egemen Qorxmazın dosyesi də uzlaşma bürosuna göndərilib.
Araşdırma nəticəsində hərəkətlərinin özünümüdafiə çərçivəsində olduğu müəyyən edilən digər "Fənərbaxça"lı futbolçuların mühakimə olunmasına ehtiyac olmadığına qərar verilib.
Hadisələr zamanı meydana daxil olan, lakin heç bir futbolçuya fiziki təzyiq göstərməyən 84 azarkeş barəsində qanuni tədbir görüldüyü bildirilib.
Qeyd edək ki, qarşılaşma 2:3 "Fənərbaxça"nın qələbəsi ilə yekunlaşıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq