“Leypsiq” – “Liverpul” oyunu ilə bağlı qərar - UEFA-dan
07.02.2021 - 16:49
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Leypsiq” – “Liverpul” matçının yeri dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.
Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Fevralın 16-dakı görüş “Püşkaş Arena”da baş tutacaq.
Qeyd edək ki, “Leypsiq”in evdə oynamamasına koronavirus pandemiyası ilə bağlı Almaniyaya giriş-çıxışa məhdudiyyətlər səbəb olub.
0
0