“Lion”a keçdi – “Yuventus”dan
10.10.2020 - 11:05
İtaliyanın “Yuventus” klubunun futbolçusu Mattia de Şilio karyerasını Fransada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi “Lion”a keçib.
Mattia icarə əsasında lionluların şərəfini qoruyacaq. O, 2020/21 mövsümünü bu komandada keçirəcək.
Qeyd edək ki, de Şilio ötən mövsüm “Yuventus”da 13 matça çıxıb.
0
0