“Lion”dan bizimlə əlaqə qurublar” - Umtiti
26.10.2020 - 00:29
“Barselona”nın müdafiəçisi Samuel Umtiti yenidən “Lion”da çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, bunu 27 yaşlı futbolçu özü deyib.
Fransa millisinin üzvü yetirməsi olduğu klubdan şifahi təklif aldığını təsdiqləyib: “Lion” rəhbərliyi bizimlə əlaqə qurub, amma konkret bir şey yoxdur. “Barselona” çox böyük məbləğ istəyir. Mən qurban hesab olunmaq istəmirəm”.
Qeyd edək ki, Samuel Umtiti “Barselona”ya 2016-cı ildə məhz “Lion”dan keçib.
0
0