“Liverpul” 2 hücumçusunu göndərəcək
16.03.2022 - 14:16
“Liverpul” 2 hücumçusunu göndərəcək

“Liverpul” mövsümün sonunda iki hücumçusu Divok Oriqi və Takumi Minamino ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, bunu “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp da təsdiqləyib.

Almaniyalı çalışdırıcı adıçəkilən futbolçuların az oyun şansı əldə etdiyi üçün bu addımı atmaq məcburiyyətində qalacaqlarını söyləyib: “Oriqi az oyun şansı əldə edir. Mənim üçün də çətindir, çünki onu tez-tez meydana buraxmıram. Eyni hal hazırda əla formada olan Minamino üçün də keçərlidir. Yəqin ki, heyətimiz əvvəlki kimi qalmayacaq. Yayda bu tip ayrılıqlarla problemləri həll etməyə çalışacağıq”.

Qeyd edək ki, Divok Oriqi mövsümün sonuna, Takumi Minamino isə 2024-cü ilin yayına qədər müqavilə ilə “Liverpul”a məxsusdur.