Sabah İngiltərə Premyer Liqasında növbəti oyunlara start veriləcək.
Apasport.az saytının məlumatına görə, üç gün ərzində müxtəlif turlardan təxirə salınan 6 matç baş tutacaq.
Ən böyük maraq doğuran qarşılaşma “Enfild Roud”da baş tutacaq. Qızıl medallar üçün mübarizə aparan “Liverpul” Çempionlar Liqasına düşmək uğrunda vuruşan “Mançester Yunayted”i sınağa çəkəcək. Şəhərin bir klubu “Mançester Siti” ilə çempionluq döyüşü aparan mersisaydlılar Mançesterin digər təmsilçisini itkisiz keçməlidir.
Alman mütəxəssislərin duelindəki qələbə Yurgen Kloppun yetirmələrini ən azı bir günlük zirvəyə daşıyacaq. Ralf Ranqnikin yetirmələri isə “Tottenhem”ə çatmaq üçün səfərdən üç xalla dönməlidir.
Ertəsi gün meydana çıxacaq “Mançester Siti” “Brayton”u qəbul edəcək. Pep Qvardiolanın yetirmələrinə matçın favoritidir. Orta sıralarda qərarlaşan rəqibin ciddi hədəfinin qalmaması da mançesterlilərə əlavə üstünlük qazandırır.
London derbisi də Çempionlar Liqası baxımından böyük önəm kəsb edir. “Çelsi” 3-cü sıradakı mövqeyini riskə atmamaq üçün turu itkisiz keçməlidir. “Arsenal” isə “dördlük” uğrunda mübarizədə hər xal üçün sonadək vuruşmalıdır.
“Nyukasl” – “Kristal Pelas” matçı turnir cədvəlindəki qonşuların dueli kimi maraq doğurur. Premyer Liqada yerini qorumağa çalışan “Everton”la “Bernli” üçün hər qarşılaşma böyük önəm kəsb edir. Hər iki komanda evdə ortabab rəqiblə üz-üzə gələcək. Liverpullular “Lester”i, “Bernli” isə “Sauthempton”u qəbul edəcək.
19 aprel
XXX tur
23:00. “Liverpul” – “Mançester Yunayted”
20 aprel
XVIII tur
22:45. “Everton” – “Lester”
XXV tur
22:45. “Çelsi” – “Arsenal”
XXX tur
22:45. “Nyukasl” – “Kristal Pelas”
23:00. “Mançester Siti” – “Brayton”
21 aprel
XXX tur
22:45. “Bernli” – “Sauthempton”