“Liverpul” azarkeşlərindən Ronaldoya dəstək
19.04.2022 - 15:17
“Liverpul” azarkeşlərindən Ronaldoya dəstək

İngiltərə Premyer Liqasının bu gün keçiriləcək “Liverpul” – “Mançester Yunayted” qarşılaşmasında dəstək jesti planlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu, “Enfild Roud”dakı qarşılaşmanın 7-ci dəqiqəsində baş verəcək.

“Liverpul” azarkeşləri rəqibin bu matçda iştirak etməyəcək 7 nömrəli futbolçusu Kriştiano Ronaldonun ünvanına alqışlar səsləndirəcək. Onlar bu addımla portuqaliyalıya dəstək olacaq.

Belə addıma səbəb Ronaldonun yeni doğulan oğlunu itirməsidir. Liverpullu azarkeşlər bu yolla futbolçu və sevgilisi Corcinaya dəstək olacaq.

Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.