“Liverpul” çempion! - 30 ildən sonra
26.06.2020 - 01:09
“Liverpul” çempion! - 30 ildən sonra

İngiltərə Premyer Liqasının 2019/20 mövsümünün çempionu rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, qızıl medalçı XXXI turun "Çelsi" - "Mançester Siti" görüşünün nəticəsinə əsasən müəyyənləşib.

London səfərindən 1:2 hesablı məğlubiyyətlə dönən "şəhərlilər"in lider "Liverpul"a çatmaq şansı qalmayıb. Sona 7 tur qalmış rəqibini 23 xal qabaqlayan "qırmızılar" tarixində 19-cu dəfə İngiltərə çempionu adına yiyələniblər.

Yurgen Kloppun kollektivi bununla klubun 30 illik həsrətinə son qoyub. "Liverpul" buna qədər sonuncu dəfə 1989/90 mövsümündə ölkə çempionluğuna yiyələnib. Bu baxımdan rekordçu 20 çempionluqla "Mançester Yunayted"dir.

Qeyd edək ki, XXXII tur çərçivəsində "Liverpul" iyulun 2-də "Mançester Siti"nin qonağı olacaq. Mançester təmsilçisi matçdan əvvəl çempionluq dəhlizi qurmağı planlaşdırır.
 

0
Liverpul çempion İngiltərə Premyer Liqası