“Liverpul” hücumçu transferinə 70 milyon avro ayırdı
18.03.2022 - 00:35
“Real Sosyedad”ın hücumçusu Aleksander İsak “Liverpul”un transfer gündəmindədir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi qarşı tərəflə danışıqlara başlamağa hazırlaşır.
“Qırmızılar” İspaniya təmsilçisinə 70 milyon avro təklif edəcək. Ancaq İsakın “Real Sosyedad”la 2026-cı ilə qədər olan müqaviləsində 90 milyon avroluq sərbəst qalma bəndi var. Həmçinin “Arsenal” və “Mançester Yunayted” də onunla maraqlanır.
Qeyd edək ki, Aleksander İsak bu mövsüm bütün turnirlərdə 29 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
0
0