“Liverpul”dan Maneyə 2 illik müqavilə təklifi
18.04.2022 - 14:49
“Liverpul” futbolçusu Sadio Mane ilə müqavilənin uzadılması barədə danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu seneqallı hücumçunu heyətində saxlamaq niyyətindədir.
30 yaşlı forvarda 2025-ci ilin yayında başa çatacaq anlaşma təklif olunub. İndiki müqaviləsi növbəti mövsümün sonunadək olan Mane daha iki il mersisaydlıların heyətində qala bilər.
Qeyd edək ki, Sadio 2016-cı ildə “Sauthempton”dan 41,2 milyon avroya transfer olunub.
0
0