“Liverpul”dan 6 milyonluq təklif
31.01.2022 - 22:02
“Liverpul”dan 6 milyonluq təklif

“Liverpul”un transfer siyahısında yer alan daha bir futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu “Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyonun xidmətində maraqlıdır.

Mersisaydlılar 19 yaşlı futbolçu üçün 6 milyon funt sterlinq təklif edib. Tərəflər arasında danışıqlara da artıq start verilib.

“Fulhem” rəhbərliyi oyunçusunu satdıqdan sonra icarə əsasında heyətdə saxlayacağına ümidlidir. Londonlular ən azı mövsümün sonunadək Karvalyonun qalmasını istəyir.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm Çempionşipin 18 oyununda 8 qol vurub.