“Liverpul”un hücumçusu iki kluba təklif olundu
16.03.2022 - 17:29
“Liverpul”un hücumçusu iki kluba təklif olundu

Mövsümün sonunda “Liverpul”dan ayrılacaq Divok Oriqi iki kluba təklif olunub.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu karyerasını İtaliyada davam etdirə bilər.

26 yaşlı forvard “Milan”la “Atalanta”ya keçə bilər. Yayda azad agent statusu alacaq Oriqi ildə 3,5-4 milyon avro maaş istəyir.

Qeyd edək ki, Divok 2014-cü ildə “Lill”dən “Liverpul”a transfer olunub.