“Mahir Bruno Petkoviçlə əla tandem təşkil edə bilər” – “Dinamo”nun sabiq müdafiəçisi
03.02.2022 - 11:16
“Mahir Bruno Petkoviçlə əla tandem təşkil edə bilər” – “Dinamo”nun sabiq müdafiəçisi

“Mahir Emreli futbolçu kimi Mario Qavranoviçə oxşayır. Amma ondan daha sürətlidir”.

Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya futbolunun veteranı İvitsa Vrdolyak deyib.

Karyerası ərzində həm Zaqreb “Dinamo”su, həm “Legiya”da oynamış sabiq müdafiəçi Mahir Emrelinin transferinə münasibət bildirib. O, Varşava klubundan Xorvatiya təmsilçisinə keçən hücumçunu “Dinamo”nu “Kayserispor”a dəyişən Mario Qavranoviçlə müqayisə edib: “Maraqlıdır ki, Emreli tez-tez qol imkanları əldə edir. Avrokuboklarda da uğurla oynayıb. Elə buna görə də “Legiya” “Lester” və “Napoli” kimi rəqiblərlə eyni qrupda lider idi. Amma çempionatda çox imkan qaçırdı. Mənə elə gəlir ki, Mahir Bruno Petkoviçlə əla tandem təşkil edə bilər. Onlar tamamilə fərqli oyunçulardır”.

Qeyd edək ki, “Dinamo” rəhbərliyi və məşqçiləri Mahiri Çempionlar Liqasının III təsnifat mərhələsinin duellərindən yaxşı tanıyır. O, “Legiya”nın heyətində “Dinamo”ya qarşı hər iki görüşə start heyətində çıxıb.