“Mançester Siti” heyətinə 1 milyard avrodan artıq pul xərcləyən ilk klub kimi tarixə düşdü
09.09.2019 - 15:03
“Mançester Siti” heyətinə 1 milyard avrodan artıq pul xərcləyən ilk klub kimi tarixə düşdü

“CIES Football Observatory” Avropa klublarının transfer fəaliyyəti ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, hesablamalar göstərib ki, İngiltərə təmsilçisi “Mançester Siti” heyətinin formalaşmasına ən çox vəsait xərcləyən komanda olub.

“Şəhərlilər” indiki futbolçuları üçün 1 milyard 14 milyon avro pul ödəyib. Mançester təmsilçisi futbol tarixinə 1 milyard avro səddini keçən ilk klub olub.

Fransanın PSJ komandası heyətin komplektləşməsinə 913, İspaniya “Real”ı 902 milyon avro xərcləyib.

1. Mançester Siti (İngiltərə) – 1014 milyon avro
2. PSJ (Fransa) – 913 milyon avro
3. Real (İspaniya) – 902 milyon avro
4. Mançester Yunayted (İngiltərə) – 751 milyon avro
5. Yuventus (İtaliya) – 719 milyon avro
6. Barselona (İspaniya) – 697 milyon avro 
7. Liverpul (İngiltərə) – 639 milyon avro
8. Çelsi (İngiltərə) – 561 milyon avro
9. Atletiko (İspaniya) – 550 milyon avro
10. Arsenal (İngiltərə) – 498 milyon avro