“Mançester Siti”də qalacaq – De Breyneyə yeni təklif
22.02.2021 - 00:00
Belçika millisinin futbolçusu Kevin de Breynenin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisini heyətində saxlamağa qərar verib.
Premyer Liqa klubu Kevini yay transfer pəncərəsində satmayacaq. 29 yaşlı futbolçunun müqaviləsi 2023-cü ildə başa çatmalı olsa da, mançesterlilər ona yeni anlaşma təklif etməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, De Breyne cari mövsüm 24 oyunda 3 qol və 15 assistə imza atıb.
0
0