“Mançester Siti”dən Silva qərarı
02.02.2022 - 16:57
“Mançester Siti” futbolçusu Bernardu Silva ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
27 yaşlı futbolçunun hazırkı anlaşması 2025-ci ilin yayında başa çatacaq. Premyer Liqa təmsilçisi daha uzunmüddətli müqavilə imzalamaqda maraqlıdır.
Qeyd edək ki, Silva cari mövsümdə 22 oyunda 7 qol və 1 assistə imza atıb.
0
0