“Mançester Yunayted”ə keçir – “Atalanta”nın hücumçusu
05.10.2020 - 17:34
“Mançester Yunayted”ə keçir – “Atalanta”nın hücumçusu

İngiltərənin “Mançester Yunayted” klubu növbəti transferini razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliyanın “Atalanta” klubunun hücumçusu Amad Traorenin keçidi ilə bağlı razılıq əldə edib.

18 yaşlı forvard üçün 30 milyon avro ödəniləcək. Fil Dişi Sahilindən olan hücumçu yalnız 2021-ci ilin yanvarında Mançester təmsilçisinə qoşulacaq. Bu da onun İngiltərədə iş üçün icazə alması ilə bağlı çətinliklə əlaqədardır.

Qeyd edək ki, “Mançester Yunayted”in bu gün Edinson Kavaninin də keçidini rəsmiləşdirəcəyi gözlənilir.
 

0