“Mançester Yunayted” qapıçısına qiymət qoydu
18.04.2022 - 22:15
“Mançester Yunayted” qapıçısına qiymət qoydu

“Mançester Yunayted” qapıçısı Din Hendersonu satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 25 yaşlı qolkiper üçün qiyməti müəyyənləşdirib.

Premyer Liqa təmsilçisi Henderson üçün 48 milyon avro istəyir. Hendersonun xidmətində “Tottenhem” maraqlıdır.

Qeyd edək ki, Mançester təmsilçisinin öz yetirməsi olan Henderson əsas komandada ümumilikdə 29 oyunda 25 qol buraxıb.