“Mançester Yunayted” qərarını verdi – Poqba ilə bağlı
16.10.2020 - 22:12
İngiltərənin “Mançester Yunayted” klubu Fransa millisinin futbolçusu Pol Poqba ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müqavilənin sonradan daha bir il müddətinə uzadılmaq barədə bəndini aktivləşdirib.
Bu isə o deməkdir ki, Porbanın anlaşması bir il müddətinə uzadılıb. Onun 2021-ci ildə başa çatacaq müqaviləsi bir il gec bitəcək.
0
0