“Mançester Yunayted”in Ten Haqla müqavilə müddəti bəlli oldu
19.04.2022 - 11:35
“Mançester Yunayted”in Ten Haqla müqavilə müddəti bəlli oldu

Erik Ten Haqın “Mançester Yunayted”in baş məşqçisi postuna təyinatı tezliklə rəsmiləşəcək.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssislə müqavilə bağlayacaq İngiltərə klubu niderlandlının hazırda rəhbərlik etdiyi “Ayaks”la danışıqlar aparır.

Tərəflər Amsterdam klubuna 2 milyon avro kompensasiyanın ödənilməsini müzakirə edir. Ten Haqın özü ilə anlaşmanın müddəti də tam razılaşdırılmayıb. Mütəxəssislə ya 3+1, y da 4 illik müqavilə bağlanılacaq.

Mütəxəssis transferlərdə klub rəhbərliyi ilə birgə qərar vermək hüququna sahib olacaq. Bu transfer səhvlərinin sayını azaltmalıdır. Mançesterlilər köməkçi məşqçi vəzifəsinə gətiriləcək Mitçell van der Qaq və Stiv Maklarenlə danışıqlara da start verib.

Qeyd edək ki, “Mançester Yunayted”i mövsümün sonunadək müvəqqəti baş məşqçi Ralf Ranqnik çalışdırır.