“Mançester Yunayted”in Keyn planı
15.03.2022 - 23:17
“Mançester Yunayted”in Keyn planı

“Tottenhem”in futbolçusu Harri Keyn mövsümün sonunda London klubunu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

“Mançester Siti”nin Erlinq Halandı transfer etməyə yaxın olması həmşəhərlilərini də hücumu gücləndirməyə vadar edib. Keynin “Tottenhem”lə anlaşması 2024-cü ilin yayında başa çatacaq. 28 yaşlı forvardın transfer qiyməti 100 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Keyn cari mövsüm 39 matçda 21 qola imza atıb.