“Marsel”ə keçdi - Milik
22.01.2021 - 11:27
İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milikin yeni komandası bəlli olub.
Apasport.az saytının məlumatına görə, polşalı hücumçu karyerasını Fransada davam etdirəcək.
26 yaşlı forvard “Marsel”ə keçib. O, 2022-ci il iyunun 30-dək, sonradan transfer olunmaq öhdəliyi ilə icarəyə verilib.
Qeyd edək ki, Milik cari mövsümün sifariş vərəqinə daxil olunmayıb.
0
0