"Maşinsazi"nin sabiq hücumçusu “Səbail”də
17.01.2020 - 10:13
İranın "Maşinsazi" klubunda çıxış etmiş daha bir futbolçu Azərbaycanda oynaya bilər.
Apasport.az saytına verilən məlumata görə, "Səbail" iranlı hücumçu Yusif Seyidi baxışa dəvət edib.
Bakı təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev 23 yaşlı futbolçu ilə bağlı qərarını sabah Donetsk “Olimpik”i ilə yoxlama görüşündən sonra verəcək. Seyidi ilə yanaşı, baxışda olan digər iranlı - Peyman Keşavarz barədə də sabah qəti qərar qəbul olunacaq.
Qeyd edək ki, Seyidi "Qostareş Fulad", "Traktor" və "Maşinsazi"də oynayıb. Forvardın son klubu aşağı liqa təmsilçisi "Namayandeh Boynord" olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0