“Messi “Barselona”dan vacib deyil” – prezidentliyə namizəd
22.01.2021 - 12:35
“Barselona”da prezidentliyə namizəd Toni Freyşa kapitan Lionel Messinin komandada qalmaq perspektivindən danışıb.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri argentinalı superulduzun qalmasını arzuladıqlarını söyləyib.
Lakin 3 namizəddən biri olan Freyşa Leonun gedişini də istisna etməyib: “Real danışmaq lazımdır. Messinin karyerasının sonuna qədər bizimlə qalmasını istərdik. Ancaq əvvəlcə klubu düşünməliyik. Hətta tarixin ən yaxşı futbolçusu da “Barselona”dan vacib deyil”.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri martın 7-də keçiriləcək.
0
0