
"Başakşəhər"in seneqallı hücumçusu Demba Ba maraqlı açıqlama ilə gündəmə gəlib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı forvard "Liverpul"dakı həmyerlisi Sadio Mane üçün 2019-cu ili möhtəşəm adlandırıb.
Ancaq Ba yenə də "Qızıl top"a "Barselona"nın kapitanı Lionel Messinin layiq olduğunu vurğulayıb: "İndiki dönəmdə statistika çox şeydən xəbər verir. Manenin "Qızıl top"u almaq üçün fərdi və kollektiv göstəriciləri əla idi. Hətta Mane ilə Messinin statistikasını dəyişsəydik belə, "Qızıl top"u Leo alacaqdı. Manenin ötənilki göstəriciləri inanılmaz idi. Ancaq hamı bilir ki, dünyanın ən yaxşısı Messidir. Mane özü mənə yaxınlaşıb, Messidən yaxşı olduğunu söyləsə, onun sifətinə vuraram və "otur yerində" deyərəm".
Qeyd edək ki, 2019-cu ilin "Qızıl top" uğrunda yarışında Sadio Mane 4-cü yeri tutmuşdu.