“Real”ın yarımmüdafiəçisi Toni Kroos “Barselona”nın kapitanı Lionel Messinin PSJ-yə keçidini dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, almaniyalı orta sahə oyunçusu buna sevindiklərini gizlətməyib.
Ulduz futbolçu əzəli rəqibin zəifləməsi fonunda özlərinin də güclənəcəyini düşünür. Kroos açıqlamasında Messinin keçidi sayəsində Kilian Mbappenin də “Real”a transfer olunacağına ümid etdiklərini üstüörtülü söyləyib: “Messinin gedişi “Real”a kömək edə bilər. Çünki əsas rəqibimiz ən yaxşı oyunçusunu itirdi. Bəlkə də, bu sayədə PSJ-dən bir oyunçu bizə qoşulacaq”.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Kilian Mbappe karyerasını “Real”da davam etdirmək istəyir.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer