“Məğlubiyyətin üzüntüsünü yaşamaq vaxtı deyil” – kiprli hücumçu
12.10.2020 - 20:57
“Məğlubiyyətin üzüntüsünü yaşamaq vaxtı deyil” – kiprli hücumçu

“Azərbaycanla sabahkı oyun bizim üçün hərtərəfli çətin olacaq”.
 
Apasport.az saytının məlumatına görə, bunu Kipr millisinin futbolçusu Pyeros Sotiriu deyib.
 
Millətlər Liqasının Azərbaycanla sabahkı matçına həsr olunan mətbuat konfransında çıxış edən 27 yaşlı hücumçu mümkün qədər yaxşı nəticəyə ümidli olduğunu bildirib: “Ötən matçdakı məğlubiyyətin üzüntüsünü yaşamaq vaxtı deyil. Biz tez toparlanmalıyıq. Başımızı dik tutmağa çalışmalıyıq. Sabah bacardığımız nəticəni əldə etmək üçün mübarizə aparacağıq”.

0