“Milan” hücumçu Junior Messiasla bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” braziliyalı forvardı transfer etmək niyyətindədir.
Ötən ilin yayında “Krotone”dən birillik icarəyə götürülən 31 yaşlı oyunçunun çıxışı məşqçilər korpusunu qane edir. Bu üzdən klub onun transfer vərəqəsini almaq imkanını nəzərdən keçirir. “Milan” Messiası 5,5 milyon avroya almaq hüququna malikdir. Lakin rəhbərlik keçidi daha az məbləğə həll etmək üçün qarşı tərəflə danışıqlar aparır. Futbolçu özü də “Milan”da qalmaq arzusundadır.
Qeyd edək ki, Junior Messias bu mövsüm 24 oyunda 5 qol vurub.