“Milan” elçi düşdü - “Real”ın futbolçusuna
10.10.2020 - 12:13
“Milan” elçi düşdü - “Real”ın futbolçusuna

İtaliyanın “Milan” klubunun heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi qışda müdafiə xəttini gücləndirməyə qərar verib.
 
Milanlıların hədəfi İspaniya “Real”ının futbolçusu Naçodur. 30 yaşlı müdafiəçi qış fasiləsində İtaliyaya yollana bilər. “Milan” Naço ilə bağlı danışıqlara da başlayıb.

0