“Milan” qapıçısı ilə anlaşa bilmir – maddi məsələdə
28.10.2020 - 17:44
İtaliyanın “Milan” klubu qapıçısı Canluici Donnarumma ilə danışıqlarda razılıq əldə edə bilməyib.
Apasport.az saytının məlumatına görə, tərəflər maddi məsələlərdə ortaq məxrəcə gələ bilərlər.
Milanlılar futbolçuya ildə 6 milyon avro ödəməyə hazırdır. Canluici və agenti Mino Rayola isə 10 milyon tələb edir.
Qeyd edək ki, qolkiperin “rossonyeri” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
0
0