“Milan”ın hücumçusuna daha bir müştəri
18.04.2022 - 10:52
“Milan”ın hücumçusuna daha bir müştəri

“Milan”ın hücumçusu Rafael Leao daha bir nəhəng klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, PSJ və “Barselona”dan sonra “Mançester Siti” də 22 yaşlı forvardla maraqlanır.

“Şəhərlilər” portuqaliyalının meneceri Jorje Mendeşlə danışıqlara artıq start verib. “Rossonyerlər” isə forvardını satmaq niyyətində deyil. Ancaq digər tərəfdən Leaoya 70 milyon avroluq qiymət də qoyublar. “Milan” hücumçusuna 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə də təklif edib. Oyunçu komandada qalmağa razılıq versə, illik məvacibi 4,5 milyon avroya olacaq.

Qeyd edək ki, Rafael Leao cari mövsüm A seriyasında 29 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə verib.