Avrokubokların 1/8 final mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan görüşlərdən sonra klubların UEFA reytinqi açıqlanıb.
Bu qarşılaşmalar cədvəldə bəzi dəyişikliklərə də səbəb olub. Azərbaycanın Avropadakı ən yaxşı təmsilçisi “Qarabağ”ın da mövqeyi dəyişib.
Hesabında 25,000 xal olan Qurban Qurbanovun yetirmələri 63-65-ci yerləri bölüşür. Ağdam klubu PAOK (Yunanıstan) və “Başakşəhər”lə (Türkiyə) şərikdir.
“Qarabağ”ın bir pillə geriləməsinə “Monako” səbəb olub. Fransa təmsilçisi Avropa Liqasında “Braqa” ilə heç-heçə edib – 1:1. Nəticədə “Knyazlıq klubu” təmsilçimizi arxada qoyub.
Konfrans Liqasında “Gent”ə qalib gələn PAOK isə “Qarabağ”a çatıb. Yunanıstan təmsilçisi 1/4 finalda oynayacağından daha da irəliləmək şansını da qoruyur.
Qeyd edək ki, siyahıya 137,000 xalla “Bavariya” başçılıq edir.