“Napoli” ilə yeni müqavilə bağlayır – Qattuzo
31.10.2020 - 12:04
“Napoli”nin baş məşqçisi Cennaro Qattuzonun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, rəhbərlik 42 yaşlı mütəxəssislə yeni müqavilə bağlamaq qərarına gəlib.
Neapol təmsilçisi ona 2023-cü ilin yayına qədər nəzərdə tutulan yeni 2 illik sözləşmə təklif edib. Tərəflər arasında ilkin danışıq müsbət nəticələnib. Çalışdırıcı noyabrda yeni sazişə qol çəkəcək.
Qeyd edək ki, Cennaro Qattuzonun “Napoli” ilə hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.
0
0