“Neftçi” “Keşlə”nin futbolçusunu transfer etdi
20.06.2020 - 22:32
“Neftçi” “Keşlə”nin futbolçusunu transfer etdi

"Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 

23 yaşlı müdafiəçi yeni komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.
 

0
Neftçi Cabir Əmirli transfer