Azərbaycan Premyer Liqasında XXIII turun daha iki matçının təyinatları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, PFL aprelin 17-də baş tutacaq görüşləri idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Turun mərkəzi oyunu sayılan “Neftçi” – “Zirə” qarşılaşmasında Rauf Cabarov ədalət təmsilçisi olacaq. “Keşlə” ilə “Sabah”ın duelində isə Elçin Məsiyev fit çalacaq.
Azərbaycan Premyer Liqası
XXIII tur
17 aprel (şənbə)
18:00. “Keşlə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”
20:15. “Neftçi” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”