“Neftçi” Patonun transferinə nə qədər xərc çəkib?
01.02.2022 - 09:43
“Neftçi”nin Gilyerme Patonun transferi üçün “İnternasional”a ödədiyi məbləğ açıqlanıb.
Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, Azərbaycan çempionu gənc hücumçunu 90 min avro ödəyərək heyətinə qatıb.
Bildirilib ki, “İnternasional” qış fasiləsində 5 oyunçusunun satışından ümumilikdə 27 milyon avroluq gəlir əldə edib. Pato “sambaçılar”a ən az pul qazandıran oyunçu olub. Əvəzində Yuri Albertonun “Zenit”ə transferi klubun büdcəsinə 18,7 milyon avro gətirib.
Qeyd edək ki, 21 yaşlı Gilyerme Pato “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.
0
0