“Neftçi” yarımmüdafiəçisi Xəyal Nəcəfovu itirib.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu Premyer Liqanın XVIII turunda “Səbail”lə oyunda sıradan çıxıb.
Zədələndiyi üçün matçın gedişində əvəzlənən orta sahə oyunçusunun durumu qeyri-müəyyəndir. Baş məşqçi Samir Abasov yetirməsinin uzun müddətə sıradan çıxma ehtimalının olduğunu söyləyib: “Xəyal ayağına zərbə aldı, buna görə də əvəzləndi. Ayağı şişib, vəziyyətinin nə yerdə olduğu bilinmir. Ola bilsin ki, onu uzun müddətə itirdik. Çünki vəziyyəti yaxşı deyil”.
Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI