“Neftçi” futbolçusunu “Dauqavpils”ə icarəyə göndərdi
03.03.2022 - 16:50
“Neftçi” daha bir futbolçusunu icarəyə verib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Asim Əlizadə karyerasını Latviyada davam etdirəcək.
22 yaşlı yarımmüdafiəçi Latviyada mövsümün sonuna qədər icarə əsasında “Dauqavpils”in formasını geyinəcək. Adıçəkilən ölkədə mövsüm noyabrın 20-də yekunlaşacaq.
Qeyd edək ki, “Neftçi-2”də çıxış edən Asim Əlizadə əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm isə 2 rəsmi oyuna çıxıb. O, eyni zamanda U-21 yığmamızın üzvüdür.
0
0