Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə qarşılaşacaq “Sabah” oyuna ciddi itkilərlə çıxa bilər.
Apasport.az saytının məlumatına görə, daha iki futbolçunun paytaxt derbisini buraxmaq ehtimalı var.
Milli komandanın düşərgəsindən zədəli qayıdan müdafiəçilər Bəhlul Mustafazadə və Təmkin Xəlilzadə hələ də tam hazır deyillər. Onların “Neftçi” önündə meydana çıxıb-çıxmayacağına baş məşqçi Visente Qomes matçdan bir gün öncəki məşqin ardından qərar verəcək.
Uzun müddətdir zədədən əziyyət çəkən yarımmüdafiəçi Aleksey İsayev isə bu oyunda da kollektivdən ayrı qalacaq.
Qeyd edək ki, oktyabrın 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI