Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və “Qalatasaray” indiyədək yalnız yoxlama oyunlarında üz-üzə gəlib.
Apasport.az saytının məlumatına görə, sentyabrın 17-də baş tutacaq qarşılaşma iki rəqib arasında 3-cü duel olacaq.
Maraqlıdır ki, “Neftçi” və “Qalatasaray”ın oyunları 30 ildən bir baş tutur. İlk yoxlama görüşü 1960-cı ildə Bakıda keçirilib. Həmin matçda “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.
1990-cı ildə Türkiyədə keçirilən qarşılaşmada da eyni sayda qol vurulub. Lakin bu dəfə bərabərlik qeydə alınıb – 2:2.
30 ildən bir qarşılaşan rəqiblər ilk dəfə rəsmi turnirdə üz-üzə gələcək. Bu matç Bakıda azarkeşsiz təşkil olunacaq.