“Neftçi”nin iki futbolçusu Haiti millisinə çağırıldı
01.10.2019 - 15:02
“Neftçi”nin iki futbolçusu Haiti millisinə çağırıldı

“Neftçi”nin futbolçuları Haiti milli komandasına dəvət olunublar. 

APA-nın məlumatına görə, Soni Mustivar və Donald Gerye yığmanın oktyabrda keçiriləcək oyunlarına çağırılan heyətə daxil edilib.

Yarımmüdafiəçilər oktyabrın 10-u Kosta Rika ilə KONKAKAF Millilər Liqası matçında iştirak etmək imkanı qazanıblar. Onların da yer aldığı milli 5 gün sonra Boliviya ilə yoldaşlıq oyununa çıxacaq.