“Neftçi”yə texniki qələbə verildi
04.03.2022 - 15:17
“Neftçi”yə texniki qələbə verildi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında futzal üzrə futzal üzrə liqalarda qeydə alınmış neqativ hallarla bağlı qərarlar verilib.

Apasport.az saytının məlumatına görə, komitə Yüksək Liqanın yarımçıq dayandırılan “Neftçi”  – “Xilə” görüşü barədə də qərarını açıqlayıb.

2-ci dəqiqədə matçı yarımçıq dayandıran “Xilə”yə 0:5 hesablı texniki məğlubiyyət verilib.