“Zirə” ilə qarşılaşmada heyətdəki hər futbolçuya şans verməyə çalışdıq”.
Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Sepsi” klubunun baş məşqçisi Leo Qrozavu deyib.
O, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Zirə”ylə oyun barədə fikirlərini açıqlayıb. L.Qrozavu 0:2 hesablı məğlubiyyəti heyətdəki gənclərin təcrübəsizliyi ilə əlaqələndirib: “Oyunda iştirak edən gənc futbolçularımızın sayı kifayət qədər çox idi. Görünür, onların bu səviyyədə təcrübəsi çatışmır. Hazırlığın bu mərhələsində öz iyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Çünki mövsümün ikinci yarısına tam hazır olmalıyıq”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI