“Onun Çempionlar Liqasında oynamaması anormaldır” - İbrahimoviç
15.01.2021 - 17:13
“Onun Çempionlar Liqasında oynamaması anormaldır” - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komandanın qapıçısı Canluici Donnarumma barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, isveçli superulduz gənc qolkiperi tərifləyib.

O, İtaliya millisinin üzvünü mövqeyinin ən yaxşısı hesab edir: “Donnarumma dünyanın ən güclü qapıçısıdır. Ancaq mən onunla bu barədə danışmıram. Çünki ac qalmasını istəyirəm. Onun Çempionlar Liqasında hələ bir oyuna da çıxmaması anormaldır. Çempionlar Liqasına vəsiqəni təmin etdiyimizi demək üçün hələ tezdir. Qarşıda bütöv bir dövrə və əlavə iki oyun var. Bir hədəf müəyyənləşdirmək limit qoymaqdır. Mən bunu heç vaxt etmirəm. İkinci yer uduzanlar arasında birincilikdir. Məşq də daxil olmaqla, hər gün ən yüksək səviyyəni göstərmək istəyirəm”.

Qeyd edək ki, “Milan” 17 turdan sonra A seriyasına 40 xalla liderlik edir.