"Kayzer Çifs"ə qayıtmaqla bağlı bir problemim yox idi. Amma indiki dönəmdə zəng vurub çağırsalar getmərəm. Çünki karyeramı hələ ölkə xaricində davam etdirmək istəyirəm".
Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in yeni transferi Hendrik Ekşteyn deyib.
Qış fasiləsində "Sabah"la müqaviləsinə qarşılıqlı razılıqla xitam verən cənubi afrikalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.
Afrikaya qayıtmaq fikrindən uzaq olan 29 yaşlı hücumameyilli futbolçu "Sabah"dan ayrılmağının səbəbini də söyləyib. O, bunu yeni baş məşqçi Jelko Sopiçlə əlaqələndirib: "Sabah"a yeni baş məşqçi gəlib. Qış fasiləsinə 3 oyun qalmışdı. Ancaq həmin matçlarda iştirak etməyəcəyimi bilirdim. Oyunların yalnız ikinci hissəsində bir neçə dəqiqə şans əldə edirdim. Buna görə də, baş məşqçi xidmətimə ehtiyac duymadı. Sonra klub prezidenti zəng vuraraq bunu mənə çatdırdı. Mən də ona bildirdim ki, oynamaq istəyirəm, ehtiyatda oturaraq gün keçirmək fikrində deyiləm. Müqaviləni qarşılıqlı razılıqla ləğv etməyi təklif etdim. Halbuki onlar qalmağımı istəyirdilər. Ancaq konkret olaraq "qala bilmərəm" dedim, çünki baş məşqçinin mənimlə bağlı niyyəti ortada idi. Ora futbol oynamağa getmişdim, ehtiyatda oturmağa deyil. Əgər yaxşı vəziyyətdəyəmsə, niyə ehtiyatda qalmalıyam".
Qeyd edək ki, Hendrik Ekşteyn "Səbail"lə 1,5 illik müqavilə bağlayıb.