“Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol oynayan komandaya qol vurmaq çox çətindir”.
Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.
Avropa çempionatının seçmə mərhələsinin Yunanıstanda keçiriləcək IX qrupunda keçirdiyi hər üç oyunda uduzan yığmanın çalışdırıcısı Qazaxıstanla matç barədə fikirlərini açıqlayıb. Uğursuz çıxışdan sonra istefa barədə fikirləşməyən çalışdırıcı 0:2 hesablı məğlubiyyətə bəhanələr gətirib: “İki kobud səhv etdik. Nəticədə rəqib də bundan məharətlə istifadə edib qalib gəlməyi bacardı. Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar”.
Qeyd edək ki, yığma bunadək Yunanıstana 1:6, Almaniyaya 0:2 hesabı ilə uduzub.
- “Roma” “Fənərbaxça” oyununa xüsusi forma ilə çıxacaq – Nepala yardım üçün
- "Mançester Yunayted" - "Sabah" matçı bu kanalda - TV AFİŞA
- Osimhen yoxdursa, qələbə də yoxdur – “Qalatasaray”ın Avropadakı uğursuz seriyası
- “Tottenhem”ə ciddi itki: MUDRİK ZƏDƏLƏNDİ
- Lamin Yamal Mbappenin rekordunu qırdı – Çempionlar Liqasında tarix yazdı