Avropa klubları “Qalatasaray”ın hücumçusu Kerem Aktürkoğlunu transfer etməkdə qərarlıdır.
Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi 24 yaşlı forvardla bağlı növbəti təklifi Fransadan alıb.
Liqa1-də medallar uğrunda mübarizə aparan “Marsel” Türkiyə millisinin üzvü uğrunda mübarizəyə qoşulub. Oyunçusunu saxlaya bilməyəcəyini başa düşən “cim-bom” onun gedişindən qazanc əldə etmək niyyətindədir. Bu səbəbdən “sarı-qırmızılılar” Keremi 20 milyon avrodan ucuz qiymətə satmamaq qərarına gəlib. Onunla maraqlanan klublar da bu barədə məlumatlandırılıb.
Qeyd edək ki, Kerem Aktürkoğlunun “Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.