“Qalatasaray”da prezident seçkisi ləğv olundu
19.04.2022 - 15:24
“Qalatasaray”da prezident seçkisi ləğv olunub.
Apasport.az saytının məlumatına görə, Asliye Məhkəməsi bu barədə qərar qəbul edib.
Bildirilib ki, “Qalatasaray” konqresində keçiriləcək seçki ilə bağlı ehtiyat tədbiri qərarı verilib. Bu isə o deməkdir ki, aprelin 30-da baş tutması planlaşdırılan prezident seçkisi ləğv olunub.
Seçkilərin keçirilməsi üçün hazırkı prezident Burak Elmas istefa verməlidir.
0
0